May 26, 2020 16:22 Asia/Baku
  • Türkiyə S-400 sistemlərinin aktivləşdiriləcəyini deyir

S-400 zenit raket kompleksi sistemlərinin aktivləşdirilməsi əvvəlcədən planlaşdırıldığı kimi davam edir.

SəhərAzəri xəbər verir, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalin S-400 zenit raket kompleksi sistemlərinin aktivləşdirilməsi barədə açıqlama verib.

Türk rəsmisi bildirib ki, S-400 zenit raket kompleksi sistemlərinin aktivləşdirilməsi əvvəlcədən planlaşdırıldığı kimi davam edir.

 İbrahim Kalin “Frans 24” telekanalına açıqlamasında onu da qeyd edib ki, koronavirusla bağlı gecikmələrin olmasına baxmayaraq, Ankara S-400-lərlə bağlı razılaşmaya sadiqdir.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş rəsmi Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib, əks halda Vaşinqton ən yeni F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Rəsmi Ankara güzəştə getməyəcəyi barədə bəyanat verdikdən sonra onun proqramdakı iştirakı dayandırılıb.

Teqlər