Türkiyə və Rusiya S-400-ün 2-ci partiyasının alınması haqda razılaşıblar
Türkiyə müdafiə sənayesi təşkilatının sədri bu gün Ankara və Moskvanın Rusiyadan Türkiyəyə S-400 raket müdafiə sisteminin 2-ci partiyasının göndərilməsi barədə ilkin razılaşmalarından xəbər verib.
SaharAzeri xəbər verir, Türkiyə müdafiə sənayesi təşkilatının sədri İsmail Demir sonra deyib: Ankara Rusiyadan S-400 sistemini təhvil alsa da Amerikanın Patriot və Fransa-İtaliya məhsulu olan Avrosam sistemlərinin satın alınması haqdakı təklifləri də araşdırır.
Türkiyə prezident aparatının sözçüsü İbrahim Kalın bundan öncə bildirmişdi ki, koronavirus pandemiysına rəğmən, Rusiyadan S-400 antiraket sisteminin daxil olması davam edəcək.
Moskva və Ankara 2017-ci ildə S-400 sistemlərinin satışı barədə bir müqavilə imzaladılar ki, bu addım Amerikanın tənqidi ilə üzləşdi.
Vaşinqton Ankaranı təhdid edibdir ki, bu sistemi satın alacağı halda, Türkiyə Amerikanın qara siyahısına düşəcəkdir.
Nəhayət Türkiyənin müdafiə nazirliyi 11 iyul 2019-cu il tarixində Rusiyadan S-400 antiraket sisteminin 1-ci partiyasının təhvil alınmasından xəbər verdi.
NATO-nun təsnifatına görə, S-400 və ya Trimov hava hücumundan müdafiə sistemi, təyyarələri 400 kilometrlik mənzildən hədəfə ala bilən Rusiyanın ən modern raket müdafiə sistemidir.