İyul 01, 2020 13:01 Asia/Baku
  • Rusiyadan S-400-ün Türkiyə tərəfindən satılmasına reaksiya

Amerikalıların Türkiyədən S-400 sistemini satın almaq meyli Rusiyanın müxalifətilə üzləşib.

SaharAzeri xəbər verir, Bəzi amerikalı rəsmilərin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemini satın almağa maraq göstərmələrinin ardınca Rusiya hökumətinin sözçüsü qeyd edibdir ki, Türkiyə Moskvanın icazəsi olmadan bu raket müdafiə sistemini üçüncü ölkəyə ixrac edə bilməz.

Amerikalı senator Con Tun 2021-ci il hərbi büdcəsinə əlavənin təqdim olunması gedişində Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini satın almasına görə, Ankara ilə Vaşinqton arasında yaranmış siyasi və diplomatik çıxılmazlığa son qoymaq məqsədilə təklif etmişdi ki, Vaşinqton S-400-ü Türkiyədən satın ala bilər.

ABŞ dövlət departamenti təhdidlə bildiribdir ki, bu sistemi Rusiyadan satın alacaq hər bi ölkə sanksiya ediləcəkdir.

Rusiyadan S-400 sisteminin Türkiyəyə təhvili 2019-cu ilin iyul ayında başlandı və məlumatlara görə, bu təsisatların yerləşdirilməsi prosesi cərəyan etməkdədir.

 

Teqlər