Türkiyədə Qaşıqçının qətlində şübhəli bilinənlərin qiyabi məhkəməsi başlayıb.
Türkiyə məhkəməsi Səudiyyə Ərəbistanını tənqid edən jurnalist və Washington Post qəzetinin köşə yazarı Camal Qaşıqçını öldürməkdə ittiham olunan 20 nəfəri qiyabi mühakimə edir.
SəhərAzəri xəbər verir, Camal Qşıqçının adaxlısı Xədicə Çingiz ilk məhkəmə iclasında deyib: Camal Qşıqçı mənə demişdi, Səud əl-Qahtani (Ali-Səud sarayının məsləhətçisi) onu övladlarından birinin ölümü ilə təhdid edərək, Səudiyyə rejimini tənqid etməkdın əl çəkməsini istəyib. Səud əl-Qahtani Camal Qşıqçıya təzyiq göstərmək üçün oğlunu işdən azad etmişdi.
Qşıqçı, 2 Oktyabr 2018 tarixində evlənmək üçün bəzi lazım olan işləri yerinə yetirmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna getdi və orada öldürüldü.
Qaşıqçının İstanbulda Səudiyyə konsulluğunda qətlə yetirilməsi nəticəsində Ankara ilə Ər-Riyad arasındakı münasibətlər gərginləşdi. Bəzi Qərb hökumətləri, həmçinin MKİ, Qşıqçının qətli əmrinin Səudiyyə vəliəhdi şahzadə Məhəmməd bin Salman tərəfindən verildiyini düşünür.