Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq edib
Avropa İttifaqı Türkiyənin Araliq dənizindəki bəzi hərəkətləri ilə bağlı xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, Avropa İttifaqı(Aİ) bir bəyanat yayaraq, Türkiyənin Aralıq dənizindəki bəzi hərəkətləri, o cümlədən "Kipr iqtisadi zonası"nda qazıntı işləri və Liviyada hərbi iştirakı ilə bağlı xəbərdarlıq ediblər.
Aİ bu bəyanatda, Türkiyə hökumətini Aralıq dənizindəki hərəkətlərinı və həmçinin Liviyadakı hərbi iştirakını yenidən nəzərdən keçirməyə çağırıb. Avropa İttifaqı Türkiyənin Aralıq dənizində və Kipr iqtisadi zonasında qaz axtarışlarını qeyri-qanuni adlandırıb və Ankaranı onu dayandırmağa çağırıb.
Aralıq dənizində gərginliklər 2019-cu ildən və Türkiyə, Yunanıstan və Kiprin qaz kəşfiyyatı ilə bağlı qazma işləri ilə əlaqədar artıbdır.
Türkiyənin Hərbi Dəniz Qüvvələri bir müddət əvvəl qonşulara gücünü göstərmək üçün Egey dənizində hərbi manevr keçirib.
Şərqi Aralıq dənizində qaz və neft kəşfiyyatı son illər Türkiyə üçün böyük əhəmiyyət kəsb edib elə ki, onun hərəkətləri Avropa İttifaqı ilə kəskin mübahisələrin yaranmasına səbəb olub.
İxtilafların əsas kökü bundadır ki, Türkiyə Kiprin suverenliyini rəsmən tanımır və buna görə də neft və qaz kəşfiyyatı əməliyyatlarını özünün qanuni hüququ hesab edir.