Ermənilər nəinki “soyqırım”a məruz qalıb, hətta...
Ermənilərin öldürülməsinin Osmanlı imperiyasının rəsmi siyasəti olduğunu sübut edən heç bir sənəd yoxdur.
SəhərAzəri Axar-a istinadla xəbər verir, bunu amerikalı professor Maykl Günter Türk-Amerika Təhlükəsizlik Dərnəyinə (TASFO) açıqlamasında deyib.
“Məsələn, qətliamın törədilməsinin sübut olunduğunu iddia edən məşhur “Andonyan sənədləri” uydurmadır. Osmanlı imperiyasının qərb bölgəsində məskunlaşan çox sayda erməni hətta deportasiya edilməyib. Ancaq bəzi şiddət tərəfdarı olan ermənilər günahsız müsəlmanları öldürürdülər. Onlar onillər boyu fasiləsiz olaraq qətliama davam edirdilər. Soyqırım məsələsinin beynəlxalq hüquqa uyğun olaraq mövcud olması üçün ilk olaraq sübut olunmalıdır. Bu məsələ isə təsdiqini tapmayıb”, - amerikalı professor deyib.