Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
Avq 20, 2020 17:38 Asia/Baku
Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3,63 mlrd ABŞ dolları, yaxud 3,9% azalaraq 88,194 milyard ABŞ dolları təşkil edib.
SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 42,816 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 2,414 mlrd ABŞ dolları, yaxud 5,3% azdır.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,216 milyard ABŞ dolları, yaxud 2,6% azalaraq 45,378 mlrd ABŞ dolları təşkil edib.
Teqlər