Avq 26, 2020 22:55 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 20 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 20 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 100 109 şübhəli koronavirus testindən keçib, onlardan 1313-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 841 nəfər olub, 1002 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 262 507  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6183 nəfər ölüb.

Teqlər