PKK-nın 13 üzvü dә zәrәsizlәşdirilib
Okt 15, 2020 17:35 Asia/Baku
Hakkari vә İraqın şimalında hәyata keçirilәn әmәliyyatlar nәticәsindә separatçı terror tәşkilatı PKK-nın 13 üzvü zәrәsizlәşdirilib.
SəhərAzəri trt.net-ə istinadla xəbər verir, Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu Hakkaridә 8 terrorçunun zәrәrsizlәşdirildiyini bildirib.
Bu barәdә Süleyman Soylu şәxsi ‘‘Twitter’’ sәhifәsindә mәlumat verib.
‘‘İki günahsız mülki vәtәndaş qәtlә yetirmişdilәr. Hakkaridә. 8 terrorçu zәrәrsizlәşdirildi. Qәtlә yetirәnlәr dә lazımi cavabı verәcәklәr’’.
Milli Müdafiә Nazirliyindәn verilәn açıqlamada da İraqın şimalındakı Hakurk bölgәsindә tәsbit edilәn 5 PKK terrorçusunun hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә zәrәsizlәşdirildiyi bildirilib.