“Türkiyənin S-400 sınağı uğursuz olub”
https://azeri.sahartv.ir/news/türkiyə-i368659-türkiyənin_s_400_sınağı_uğursuz_olub
Hərbi işlər məsələləri ilə məşğul olan xüsusi bir Rusiya veb saytının məlumatina görə, Türkiyə Cümə günü S400 raketdən müdafiə sistemlərini sınaqdan keçirə bilmədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2020 20:10 Asia/Baku
  • “Türkiyənin S-400 sınağı uğursuz olub”

Hərbi işlər məsələləri ilə məşğul olan xüsusi bir Rusiya veb saytının məlumatina görə, Türkiyə Cümə günü S400 raketdən müdafiə sistemlərini sınaqdan keçirə bilmədi.

SəhərAzəri xəbər verir, Greekcitytimes xəbər saytına görə, Avia adlı bu xəbər saytı bildirib: Türk ordusunun Rusiyanın raket müdafiə sistemlərindən ilk hərbi istifadəsi, Ankaranın rus hərbi mütəxəssislərinin yardımını rədd etməsi səbəbindən uğursuz olub.
Türkiyə hökumətinin yayımladığı videolarda da raketin S-400 müdafiə sistemindən atıldığını, ancaq həmən yerdəə, yerə düşməsi müşahidə olunur.
Həmçinin veb sayt mütəxəssisləri bildiriblər ki, Bu videonun heç bir hissəsində raketin atıldığı an və ya başlığının partladığı səsi göstərilməyib. Ankara hələ raket buraxılışı ilə əlaqədar rəsmi bir açıqlama verməyib.
Bununla birlikdə, Türkiyə mediyalari bildirib ki, cəmi üç hədəf vurulub; Ancaq bu videolarda yalnız bir atışın olduğu müşahidə  olunur və bu bir çox suallar yaradıb.