Türkiyə prezidenti Avropada dini faşizmin yayılmasını tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i369098-türkiyə_prezidenti_avropada_dini_faşizmin_yayılmasını_tənqid_edib
Avropa qitəsindəki anti-İslam mövqeləri tənqid edən Türkiyə prezidenti bu münasibəti dini faşizm adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2020 08:20 Asia/Baku
  • Türkiyə prezidenti Avropada dini faşizmin yayılmasını tənqid edib

Avropa qitəsindəki anti-İslam mövqeləri tənqid edən Türkiyə prezidenti bu münasibəti dini faşizm adlandırıb.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan Avropa qitəsində dini faşizmin yayılmasını tənqid edib. Deyib ki, Avropa ksenofobiyaya və dini faşizmə görə, fəlakət astanasındadır.

Türkiyə prezidenti bir neçə vaxt bundan qabaq da demişdi ki, Qərb ölkələri İslama hücumla «səlib yürüşləri»ni bərpa etmək niyyətindədirlər.

Fransa prezidentinin son islamofob ifadələri beynəlxalq etiraz alovunu daha çox körükləyərək, onu daha da şölələndirib və dünyanın müxtəlif ölkələrinin başçılarından bir çoxunu reaksiya verməyə məcbur edibdir.