Türkiyənin siyasi səhnəsində;
Türkiyə maliyyə nazirinin istefası təsdiqləndi
Noy 09, 2020 00:16 Asia/Baku
Türkiyə Maliyyə Nazirliyinin bir rəsmisi, maliyyə naziri Berat Albayrakın istefasını təsdiqləyib.
SəhərAzəri xəbər verir, Türkiyə Maliyyə Nazirliyinin bir rəsmisi şənbə günü maliyyə naziri Berat Albayrakın istefasını təsdiqləyib. Onun istefa xəbərləri nəticəsində, Türk valyutası olan Türk lirəsinin dəyəri Asiya birjalarında erkən əməliyyatlarda yüzdə 1 artıb.
Türkiyə prezidentliyindəki iki mənbə Albayrakın istefa qərarını təsdiq edə bilmədiklərini açıqlayiblar. Bundan əvvəl Albayrak İnstaqramda verdiyi açıqlamada istefasını bildirmişdi. Albayrak iki il Türkiyənin maliyyə naziri idi.
Teqlər