Türkiyədə son sutkada 32 137 nəfər koronavirusa yoluxub
Dek 07, 2020 22:53 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 203 nəfər ölüb.
SəhərAzəri Türkiyə xəbər agentliklərinə istinadən xəbər verir, Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 203 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 15 min 103 nәfәrә çatıb.
Türkiyədə son sutkada 196 min 902 nəfər testdən keçirilib. Onlardan 32 min 137 nəfərdə infeksiya aşkarlanıb.
Sağalan 5 min 17 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 436 min 270 nəfər müalicə olunub.