Türkiyə parlamentinin 23 üzvünün məhkəmə toxunulmazlığı ləğv edilir
Türkiyə parlamentinin iyirmi üç üzvü öz məhkəmə toxunulmazlığının ləğv edilməsi ərəfəsindədir.
SəhərAzəri xəbər verir, Türkiyə parlamentinin ədalət və əsas qanun komissiyası məhkəmə toxunulmazlığının ləğv edilməsinin təsdiq olunması üçün kürd partiyası olan Xalqların Demokratik Partiyasının həmsədri Midhət Səncər də daxil olmaqla 23 parlament üzvünün işini parlament sədrinə göndərib.
Bundan öncə Türkiyədə bəzi kürd partiyalarının sədrləri Rəcəb Tayyıb Ərdoğan hökumətinin kürdlər qarşısındakı siyasətlərini tənqid etmiş və «terrorist təbliğat» bəhanəsilə həyata keçirilən bu siyasi hərəkətlərə son qoyulmasını istəmişdilər.
2016-cı ilin iyul ayında Türkiyə hökumətinə qarşı törədilmiş uğursuz hərbi çevrilişdən bəri bu ölkənin təhlükəsizlik qüvvələri indiyədək həmin çevrilişlə bağlı Türkiyənin on minlərlə vətəndaşı və hərbçisini həbs ediblər.