Türk millət vəkili 22 il həbs cəzasına məhkum edildi
Dek 21, 2020 16:29 Asia/Baku
Türkiyənin Diyarbakır məhkəməsi, Türk millət vəkili Leyla Güvəni PKK terror qruplaşması ilə əlaqəli olduğu üçün 22 ildən çox həbs cəzasına məhkum edib.
SəhərAzəri xəbər verir, Bazar ertəsi (bu gün) Türkiyənin Diyarbakır məhkəməsi, Türk millət vəkili Leyla Güvənə 22 ildən artıq həbs cəzası verib.
Məhkəmə orqanlarının tələbi ilə Türkiyə parlamentindən kənarlaşdırılan Leyla Güvən, PKK terror qruplaşması ilə əlaqədə olmaq və qrupda işləmək ittihamı ilə 22 il 3 ay həbs cəzasına məhkum edilib.
Leyla Güvən Türkiyə parlamentində (Kürd) Xalqların Demokratik Partiyasının üzvü idi.
Teqlər