Türkiyə S-400 almağa hazırdır
https://azeri.sahartv.ir/news/türkiyə-i371922-türkiyə_s_400_almağa_hazırdır
Türkiyə Rusiyadan ikinci S-400 müdafiə sistemini almaq üçün şərtlər təyin edib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 12, 2021 07:53 Asia/Baku
  • Türkiyə S-400 almağa hazırdır

Türkiyə Rusiyadan ikinci S-400 müdafiə sistemini almaq üçün şərtlər təyin edib.

SəhərAzəri xəbər verir, Türkiyənin müdafiə sənayesi komitəsinin sədri İsmayıl Demir bildirib ki, Ankara bu sistemin birgə istehsalı və texnologiyasının ötürülməsi şərti ilə Rusiyadan ikinci S-400 müdafiə sistemini satın almağa hazırdır.

Türkiyə 2017-ci ildə S-400 raket kompleksinin satın alınması barədə Rusiya ilə iki tam onda beş milyard dollar dəyərində müqavilə imzaladı və bu yük ötən il tam şəkildə Türkiyəyə təhvil verildi.

Türkiyənin Rusiyadan S-400 raket kompleksi alması Vaşinqton tərəfindən sərt qarşılanıb, lakin Ankara özünün bu barədəki qərarından dönməyibdir.