Yan 15, 2021 19:11 Asia/Baku
  • Türkiyədə Çin peyvəndi ilə vaksinasiya başlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam televiziya kameraları qarşısında özünə Çinin koronavirusa qarşı Sinovak peyvəndinin ilk dozasını vurdurdu.

SəhərAzəri xəbər verir, Ərdoğan Ankara şəhər xəstəxanasında Sinovak peyvəndinin ilk dozasını vurdurduqdan sonra bildirib: "Bütün vətəndaşları ən qısa müddətdə peyvənd etdirməyi nəzərdə tuturuq".

Ərdoğan əlavə edib: "Xalqımız sağlam düşüncə ilə anti-koronavirus peyvəndinə qarşı kampaniyaya fürsət vermədi və elm sayəsində vaksinasiya edilməklə bu kampaniyaya ən yaxşı cavabı verəcəkdir".

Ərdoğan siyasi partiyaların liderlərini insanları vaksinasiyaya təşviq etmək üçün vaksin vurdurmaqla peyvənd kampaniyasında iştirak etməyə çağırıb.

Türkiyədə koronavirus vaksinasiyası çərşənbə günü axşam bu ölkənin səhiyyə naziri Fəxrəddin Kocaya və koronavirusla mübarizə komitəsinin üzvlərinə ilk dozada Sinovak peyvəndinin inyeksiya edilməsi ilə başlandı və əksəriyyəti səhiyyə işçiləri olmaqla 380 mindən çox insan peyvənd edildi.

Peyvənd 28 gün ərzində iki dozada vurulacaq.

Türkiyə Çİnin Sinovak şirkətilə əlli milyon dozanın satın alınması haqda müqavilə bağlayıb. Bu istiqamətdə üç milyon doza Türkiyəyə daxil olub. Daha on milyon doza iki həftə sonra, yerdə qalan 37 milyon doza isə martı ayınının sonlarınadək Türkiyəyə köçürülməlidir.

Türkiyə həmçinin otuz milyon dozaya qədər artırılması ehtimalı ilə dörd tam onda beş milyon dozanın satın alınması barədə Pfayzer şirkəti ilə bir müqavilə imzalayıb, lakin Pfayzer peyvəndlərinin Türkiyəyə köçürülməsi üçün hələ heç bir real addım atılmayıbdır.

Türkiyə Səhiyyə Nazirliyinin son rəsmi statistikalarına görə, bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 364 min 801, qurbanların sayı isə 23 min 495 nəfərə çatıbdır.

Teqlər