Yan 18, 2021 12:31 Asia/Baku
  • Yunanıstanın arxiyepiskopu İslama hörmətsizlik edib

Türkiyə Yunanıstanın arxiyepiskopunun İslama hörmətsizliyini qınayıb.

SəhərAzəri "TRT" xəbər agentliyinə istinadən xəbər verir, Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, Qərb cəmiyyətini İslamla qarşı düşmənçilik və şiddətə təhrik edən Yunanıstanın arxiyepiskopu İyeronimusun dedikləri dünya müsəlmanlarının birliyindən qorxduqlarını göstərir və qərəzli şəkildə İslam cəmiyyətlərini təhrik etmək məqsədi daşıyır".

Yuinanıstanın arxiyepiskopu İslamı bir siyasi partiya, müsəlmanları isə militarist adlandırıb.

Ekspertlərin dediyinə görə, Qərbin xüsusilə də Fransada İslamofobiyanı artırmaqdan məqsədi İslam ölkələrində intellektual və əqidə zəifliyi yaratmaq üçün qəbul etdirilmiş siyasətləri tətbiq etməkdir.

Keçən il, İran, Pakistan, Hindistan, İndoneziya və Əfqanıstan da daxil olmaqla dünyanın bir çox ölkəsində, Fransa prezidenti Emmanuel Makronun Əziz İslam Peyğəmərinin (s.ə.s) müqəddəs sahətinə hörmətsizliyini və İslamofob açıqlamalarını qınamaq məqsədilə milyonluq nümayişlərin şahidi olduq.

Teqlər