Fev 06, 2021 18:20 Asia/Baku
  • ABŞ- dan Ankaraya s400 çağırışı

ABŞ-ın Ankaradakı səfiri, Türkiyənin Rusiyanın S-400 raketdən müdafiə sistemlərini satın alması məsələsinin həll olunacağına ümid etdiyini bildirdi.

SəhərAzəri xəbər verir ki, Türkiyənin Yeni Şafak qəzeti “Deyvid Maykel Strfield”-dən nəql olunaraq, Vaşinqtonun Ankara ilə münasibətlərinə böyük əhəmiyyət verdiyini və ABŞ-ın Türkiyəni NATO-dakı mühüm tərəfdaşı və strateji müttəfiqi kimi gördüyünü və iqtisadi gücünə arxayın olduğunu yazır.

Strfield ABŞ-Türkiyə münasibətlərinin vacibliyini vurğulayaraq iki ölkənin Rusiyanın S400 raket sistemlərinin alınması ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılacağına ümid etdiyini bildirdi.

ABŞ-ın raketdən müdafiə sistemlərini satmaqdan imtina etməsindən sonra, Türkiyə Rusiyanın S400 raketdən müdafiə sistemlərini almağa qərar verdi və sistemi bir neçə növbədə təhvil aldı, bu da Vaşinqtonun Ankaranı F-35 qırıcı layihəsindən kənarlaşdırmasına səbəb oldu.

Amerika Birləşmiş Ştatları, F-35 ilə S400-ün paralel olaraq istifadəsini bu sistemlərin kodunun və texnologiyasının ifşa ediləcyini iddia edir.

 

Teqlər