Türkiyə S-400 ZRK-dən imtina etməyəcək
Türkiyə Rusiyadan satın aldığı S-400-lərdən imtina etmək fikrində deyil.
SəhərAzəri xəbər verir ki, "Hürriyet" qəzetinin köşə yazarı Hande Fırat məqaləsində "Qoy ABŞ istədiyi qədər açıqlama və təzyiq göstərsin, "S-400" məsələsi geridə qaldı" fikrini bildirib.
Fırat yazısında bildirir ki, "ABŞ-Türkiyəyə qarşı hərəkətə keçə bilər. Bu da heç şübhəsiz ABŞ-ın terror təşkilatı ilə əməkdaşlığı və Türkiyəyə qarşı mövqeyi olacaq. Lakin qoy ABŞ istədiyi qədər açıqlama və təzyiq göstərsin, "S-400" məsələsi artıq geridə qaldı.
Məqalədə qeyd olunur ki, Türkiyə terrorla mübarizəsini davam etdirəcəkdir. Prezident Ərdoğan terrorçuların "Sincər, Suriya və Qəndildə olduqları heç bir yer artıq təhlükəsiz deyil" dedi. Bundan sonra terror təşkilatına qarşı əməliyyatlar daha da artacaqdır.