Fev 17, 2021 09:02 Asia/Baku
  • Ərdoğan Qərbə səsləndi: “Niyə səsin çıxmır?”

Türkiyə prezidenti 13 vətəndaşın PKK tərəfindən qətlə yetirilməsi iilə bağlı Qərb dövlətlərini qınadı

SəhərAzəri xəbər verir ki, Rəcəb Təyyib Ərdoğanhakim Ədalət və İnkişaf Partiyasının Trabzonda keçirilən qurultayında deyib: “13 məsumun edamı zamanı bir neçə cılız səsdən başqa Türkiyənin yanında heç kimi görə bilmədik. Ey Qərb, niyə səsin çıxmır, haradasınız? 15 iyul oldu səsiniz çıxmadı, bu hadisədə də yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa da biz vəzifəmizi bilirik. Bu terrorçulara ölkəmizdə fürsət verməyəcəyik, hara gizlənirlər gizlənsinlər, girdikləri yerdə onları tapacaq və orada öldürəcəyik. Gənclərimiz bu torpaqları terrorçular üçün məzar edəcək”.

Türkiyə prezidentinin sözlərinə görə, Qarada baş verənlər Ankaranın sərhədlərindən kənarda təhlükəsizlik bölgəsi yaratmaq qərarını daha da möhkəmləndirib.

Bu arada Türkiyənin daxili işlər naziri Süleyman Soylu söyləyib ki,  PKK terror təşkilatı 1984-cü ildən indiyədək 6 021 nəfər mülki vətəndaşı öldürüb.

Teqlər