Ankara ekspansianist siyasətləri inkar edib
Türkiyə prezidenti iddia edib ki, bu ölkənin ekspansianist təfəkkürləri yoxdur.
SəhərAzəri xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara heç bir bölgə ərazisinin iddiasında deyil.
Ərdoğan çıxışının digər bir hissəsində ölkəsinin, Qarabağın işğalına son qoyulmasındakı rolunu vurğulayıb.
Türkiyə prezidenti sonra deyib: Daima dediyimiz kimi, biz bir kəsin suverenliyini pozmağa çalışmırıq; biz dəniz bölgələri də daxil olmaqla heç bir bölgənin ərazisinə sahib olmaq iddiasında deyilik. Türkiyənin məqsədi, yalnız öz hüquqları və ərazilərini qorumaqdır.
Rəcəb Tayyib Ərdoğan daha sonra bildirib ki, atılan addımlar əsla ekspansianist ideyası anlamına gəlmir.
Bu sözlər elə bir halda söylənir ki, Türkiyənin İraq, Suriya və Liviyadakı hərbi iştirakı və hərəkətləri, həmçinin bu ölkənin Yunanıstanın milli sularında Şərqi Aralıq dənizinin neft və qaz mənfəətlərini əldə etmək üzrə cəhdləri politoloqlar tərəfindən ekspansianist hərəkətlər kimi qiymətləndirilir.