Türkiyənin hərbi dəniz təlimləri başa çatıb
Türkiyə müdafiə nazirliyi bir bəyanat yayaraq, bu ölkə ordusunun hərbi dəniz təlimlərinin başa çatdığını bildirib.
SəhərAzəri xəbər verir, Türkiyə müdafiə nazirliyi bildirib ki, Aralıq, Egey və Mərmərə dənizlərində keçirilən bu dəniz təlimlərində 82 gəmi, beş sualtı qayıq, 27 ədəd təyyarə, 20 ədəd vertolyot, səkkiz ədəd PUA, həmçinin bu ölkənin ordu qüvvələrindən beş min 437 nəfər iştirak edib.
Belə bir halda, Ankara və Avropa Birliyi müxtəlif məsələlərdə, o sıradan Türkiyənin Kipr, Qarabağ, Liviya və Suriya qarşısındakı siyasəti, həmçinin Şərqi Aralıq dənizində bu ölkə ilə Yunanıstan arasındakı münaqişə üstündə ixtilafa düçar olublar.
Avropa Birliyinin başçıları Türkiyə ilə ixtilaflara görə, bu ölkənin sanksiya edilməsi barədə öncədən razılığa gəliblər.