Mart 12, 2021 13:24 Asia/Baku
  • Türkiyə və Misir arasında diplomatik təmaslar başlayıb

“Misirlə həm kəşfiyyat, həm də Xarici İşlər nazirlikləri səviyyəsində təmaslarımız var”.

SəhərAzəri “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, nə Misir, nə də Türkiyə hər hansı bir şərt irəli sürməyib:

“İki ölkə arasında uzun müddətdir əlaqələr yoxdur. Bir gündə heç nə olmamış kimi hərəkət etmək də asan deyil. Yavaş-yavaş, danışıqlar apararaq, yol xəritəsi hazırlayaraq addımlar atmaq olar. Buna görə də bəlli bir yol xəritəsi çərçivəsində danışıqlar gedir. Həm kəşfiyyat, həm də diplomatik səviyyədə əlaqələrimiz var. Qarşıdakı günlərdə də bu görüşlər davam etdiriləcək”.

 

Teqlər