Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i374809-rusiya_səfiri_türkiyə_xİn_ə_çağırılıb
Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Rusiyanın bu ölkədəki səfirinin İdlibdəki vəziyyətlə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2021 07:17 Asia/Baku
  • Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb

Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Rusiyanın bu ölkədəki səfirinin İdlibdəki vəziyyətlə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.

SəhərAzəri xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov, Suriyanın İdlib şəhərindəki gərginliyin azaldılması zonasının vəziyyətinin pisləşməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. 

Rəsmi Ankara buna səbəb kimi İdlibdəki "de-eskalasiya" bölgəsinin Suriya ordusu tərəfindən pozulmasını göstərir.

Bu elə bir haldadır ki, Türkiyə ordusu özünün Suriyadakı işğalçılığı və qanunsuz varlığının davamında indiyədək, İdlib vilayətində 77 nəzarət postu və hərbi baza yaradıb.