Apr 17, 2021 12:01 Asia/Baku
  • Ərdoğanın iştirakı ilə

Türkiyə prezidentinin iştirakı ilə bu ölkə məhsulu olan "Bozdoğan" tipli hava-hava raketinin təqdimatı olub.

SəhərAzəri xəbər verir ki, bu raketin təqdimatı ilə Türkiyə həmin silah istehsalı üzrə az sayda ölkələr sırasına qoşulub.

"Bozdoğan" tipli hava-hava raketi 2022-ci ildə rəsmi surətdə Türkiyə silahlı qüvvələrinin ixtiyarında olacaq.

"Bozdoğan", qısa mənzilli "Gökdoğan" tipli hava-hava raketi ilə yanaşı Türkiyənin ən mühüm yerli qırıcı silahlarını təşkil edəcək və bundan əlavə, Türkiyənin F-16 qırıcılarında və PUA-larında da istifadə olunacaqdır.

"Bozdoğan" tipli hava-hava raketinin düzəldilməsi prosesi ilə yaxından tanış olan Türkiyə prezidenti Ərdoğan bu gün öz şəxsi tvitter səhifəsində bu uzaq mənzilli raket sınağının uğurlu keçməsindən məmnunluq ifadə edib.

Teqlər