Apr 27, 2021 11:39 Asia/Baku
  • Ərdoğan ABŞ-ı və Avropanı tənqid edib

Türkiyə prezidenti ermənilərin 1915-ci ildə osmanlı dövləti tərəfindən qırğın edilmələrini soyqırımı adlandırdıqlarına görə, ABŞ-ı və Avropanı tənqid edib.

SəhərAzəri xəbər verir ki, Rəcəb Tayyıb Ərdoğan dünən Ankarada bu ölkənin nazirlər kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan otuz ildən çox Azərbaycan Respublikasının bəzi rayonlarını öz nəzarəti altına almış və Qərb onun qarşısında heç bir reaksiya verməmişdi.

O sonra deyib: Qərblilər yəhudiləri Avropadan, amerikanlar da qırmızıdərililəri öz ölkələrindən qovdular, indi isə Türkiyəni erməni soyqırımında ittiham edirlər.

Türkiyə prezidenti sonra qeyd edib ki, ermənilərin/ «soyqırımı» haqdakı iddialarını sübut etmək üçün heç bir sənəd və fakt yoxdur və bu işdən daha çox siyasi məqsədlər üçün istifadə olunur.

Ərdoğan söyləyib: 1915-ci ildə ermənilərin başına heç bir iş gəlməyibdir ki, onu insan fəlakəti kimi qələmə vermək mümkün olsun. Yeganə baş vermiş hadisə, dünya savaşında osmanlı dövləti əleyhinə düşmənlərlə əməkdaşlıq edən təşkilatlarla ciddi rəftarın edilməsi olubdur.

Türkiyə ermənilərin dediklərinə görə, bir tam onda beş milyon nəfərin ölümü ilə nəticələnən 1915-ci ildə ermənilərin həbsi, icbari sürgünü və qırğın edilmələrinin soyqırımı olmasını təkzib edir.

Teqlər