İyul 15, 2021 18:13 Asia/Baku
  • Türkiyə
    Türkiyə

Türkiyədə misli görünməmiş hərarət və quraqlıq bu ölkə xalqı üçün çətin bir şərait yaradıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin şərq, cənub-şərq və mərkəzi bölgələrində güclü istilik dalğası o həddə üzücü olubdur ki, bu ölkənin rəsmiləri dünən rəsmən hamilə qadınları, əlilləri və xroniki xəstələri iki gün müddətinə işdən azad ediblər.

Dünən Van, Kayseri, Malatiya, Konya, Şanlı Urfa, Qazientep, Qəhrəman Maraş və Hatay şəhərlərində havanın temperaturu qırx üç dərəcəyə çatıb. Proqnoz edilir ki, bu gün və sabah bu ölkənin şərq və cənub-şərq bölgələrində havanın temperaturu qırx beş dərəcəni ötüb keçəcək.

Bu əsasda Qəhrəman Maraş, Şanlı Urfa və Konya düzündəki əkin sahələrindən yüzlərlə hektar yağıntının olmaması üzündən quraqlığa düçar olub və əkinçilər böyük xəsarətlərə məruz qalıblar.

 

Teqlər