Avq 04, 2021 19:21 Asia/Baku
  • Türkiyə və Rusiya Liviya və Suriyanı müzakirə ediblər

Türkiyənin xarici işlər nazirinin müavini, Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi bir Rusiya heyəti ilə görüşüb və fikir mübadiləsi aparıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkənin xarici işlər nazirinin müavini Sadat Unal, Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevlə görüşdə, Suriyanın son durumunu müzakirə edib.

Məlumata əsasən, görüşdə Suriyadakı mövcud vəziyyət və Konstitusiya Komitəsinin fəaliyyəti, eləcə də qaçqınların geri qayıtması məsələsi müzakirə edilib.

Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə Liviyadakı inkişaflar və bu ölkədəki siyasi proseslər də müzakirə edilib. Lavrentiyev bundan əvvəl Suriya Konstitusiya Komitəsinin iclasının yeni dövrünün, ehtimal üzrə avqust və ya sentyabr aylarında İsveçrənin Cenevrə şəhərində keçiriləcəyini bildirmişdi.

Teqlər