Çavuşoğlu Əmir Abdullahiyanı təbrik edib
https://azeri.sahartv.ir/news/türkiyə-i380504-Çavuşoğlu_Əmir_abdullahiyanı_təbrik_edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon əlaqəsində onu bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2021 08:09 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon əlaqəsində onu bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Bu telefon söhbətində iki ölkənin müxtəlif sahələrdəki əlaqələrinə nəzər salan və əməkdaşlıqların daha da genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparan İran İslam Respublikası və Türkiyənin xarici işlər nazirləri son region olayları barədə danışıblar.

Bundan öncə Rusiya, Azərbaycan Respublikası, Suriya, Serbiya, Yunanıstan və Küveytin xarici işlər nazirləri Əmir Abdullahiyanı təbrik etmişdilər.

Hüseyn Əmir Abdullahiyan çərşənbə günü İran İslam Şurası Məclisi üzvlərinin 270 lehinə səsilə İranın xarici işlər naziri məsuliyyətini üzərinə götürdü.