Avq 30, 2021 10:11 Asia/Baku
  • Taliban: Türkiyə bizim dostumuzdur!

Əfqanıstanda yeni hökumət qormağa hazırlaşan Talibanın nümayəndəsi Türkiyəni dost dövlət adlandırı.

SəhərAzəri-nin məlumatına əsasən, Taliban qrupunun sözçüsü Zabiullah Mücahid deyib: “Dostluğumuzu davam etdirmək üçün bir neçə səbəb var. Türk və əfqan xalqları dərin əlaqələrə sahibdir. Kabil hava limanının təhlükəsizliyi ilə bağlı Türkiyəyə zəmanət verdik. Aeroportu tamamən ələ aldıqdan sonra ehtiyaclar siyahısı çıxarılacaq. Lazım gələrsə, bu ehtiyacları Türkiyə, yaxud başqa bir ölkədən istəyəcəyik”.

Taliban nümayəndəsi əlavə edib ki, Əfqanıstan Türkiyə ilə iqtisadi əlaqələr də qurmaq niyyətindədir.

Bu arada Türkiyədə koalision hökumətində iştirak edən və iqtidarın müttəfiqi sayılan Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Əfqanıstanla bağlı sensasion açıqlama verib. Dövlət Bağçalı deyib ki, Anadolunun müdafiəsi Anadoluda təmin edilməz. Bu xəttin strateji nöqtələrindən biri Kabilə qədər uzanır. Kabil mühafizə edilmirsə, Ankarada da təhlükəsizlik olmaz”, - deyə partiya lideri bildirib.

MHP başqanının bu sözləri Türkiyə siyasətçiləri tərəfindən birmənalı qarşılanmır, bəzi siyasətçilər xəbərdarlıq edirlər ki, Ərdoğan hökuməti sırf iqtisadi qazancı güdməklə hələ qeyri-müəyyənlikdən əziyyət çəkən Əfqanıstanda olduqca riskli bir oyuna qatılır və hakim partiya Əfqanıstan planından qazanclı çıxmazsa, iqtidar 2023-cü il seçkilərini uduza bilər.   

Bununla belə, ölkənin XİN başçısı Mövlud Çavuşoğlu, paytaxt Ankarada jurnalistlərin Əfqanıstandakı vəziyyətlə bağlı ünvanladıqları sualları cavablandırarkən deyib ki, Kabilə hələ nəzarət ələ keçirilməzdən əvvəl Talibanın siyasi qanadının nümayəndəsi Türkiyəyə dəvət edildi. Taliban ilə fərqli kanallar vasitəsi ünsiyyət yaradılıb. 

Çavuşoğlu, Əfqanıstanda hökuməti formalaşdırma səyləri və yaradılacaq hökumətin tanınması ilə bağlı olaraq da qeyd edib ki, əvvəlcə hökumətin necə qurulacağını görməliyik. Daha sonra qurulan hökumətin tanınması mövzusunda beynəlxalq cəmiyyətlə birlikdə addım atmalıyıq.

Livanlı mütəxəssis, Beyrut Universitetinin professoru Camal Vakim isə rəsmi Ankaranın Əfqanıstanda fəallaşması ilə bağlı maraqlı fikir irəli sürüb. O deyib ki, Türkiyə lideri Ərdoğanın Ankaranın Orta Asiyadakı təsirini gücləndirmək üçün vəziyyətdən istifadə etməyə çalışacağı açıqdır.

Teqlər