Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət
Amerikada sel və qasırğa nəticəsində ölənlərin sayının artmasının davam etməsilə bu ölkənin prezidenti deyib ki, iqlim böhranının nəticələrinə baxılmaq üçün «tarixi bir investisiyaya ehtiyac» var.
SəhərAzəri-nin verdiyi məlumata görə, «Amerika öz ərazisi boyu iqlim dəyişikliklərindən irəli gələn dağıntılarla üzləşir və onunla mübarizə, ölüm-dirim məsələsidir»- deyə, Co Bayden bildirib.
Amerika prezidenti qeyd edib ki, bölgədə misli görünməmiş sel, üstəlik, Luiziana və Missisipidə «İda» qasırğası, Amerikanın qərbində isə təbii yanğınlardan irəli gələn dağıntı, iqlim dəyişikliyindən irəli gələn güclü qasırğaların gəlib çatdığını bir daha bizə xatırladır.
Nyu-York və onun qonşuluğunda yerləşən Nyu-Cersi misli görünməmiş yağıntının şahidi olublar.
Bu kəskin atmosfer dəyişiklikləri, cari həftənin əvvəllərində Cənubi Luiziana ştatında geniş dağıntıya bais olan «İda» qasırğasının qalığından mənşə alır.
İndiyədək bu hadisədə 46 nəfər həyatını itirib.