Sen 20, 2021 14:06 Asia/Baku
  • İlham İsmayıl: “Normallaşma yaxın perspektivdə real deyil”

Azərbaycanlı ekspert Türkiyə-Ermənistan münasibətlərinin indiki şəraitdə normallaşmasına şübhə etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, təhlükəsizlik sahəsində ekspert İlham İsmayıl Turan Xəbər Agentliyi ilə müsahibədə deyib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sonuncu ilk növbədə, qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması üzrə fəaliyyətini dayandırmalıdır. Bundan əlavə, Türkiyə dövlətinə qarşı ərazi iddiaları haqda müddəalar Ermənistan Konstitusiyasından çıxarılmalıdır.

İlham İsmayıl Ermənistanda indiki daxili siyasi gərginlik, yüksək dərəcədə revanşist əhval-ruhiyyə şəraitində Paşinyanın bu tədbirlərin yerinə yetirilməsinə razı olacağına şübhə ilə yanaşaraq qeyd edib ki, Ərdoğanın Paşinyanla formal görüşü ola bilər, ancaq Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması yaxın perspektivdə real deyil.

Teqlər