Türkiyə ilə Azərbaycan Naxçıvanda hərbi təlim keçirir
https://azeri.sahartv.ir/news/türkiyə-i381750-türkiyə_ilə_azərbaycan_naxçıvanda_hərbi_təlim_keçirir
Türkiyənin Müdafiə Nazirliyi Naxçıvanda Azərbaycan Respublikası ilə birgə hərbi təlim keçirəcəklərini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2021 13:26 Asia/Baku
  • Türkiyə ilə Azərbaycan Naxçıvanda hərbi təlim keçirir

Türkiyənin Müdafiə Nazirliyi Naxçıvanda Azərbaycan Respublikası ilə birgə hərbi təlim keçirəcəklərini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, "Sarsılmaz qardaşlıq" adlı bu təlimlər oktyabrın 5-dən 8-dək Naxçıvan bölgəsində keçiriləcək. 

Türkiyə Milli Müdafiə Nazirliyi, bildirib ki, "Türkiyə keçmişdə olduğu kimi, "iki dövlət, bir millət" prinsipi əsasında hər bir vəziyyətdə Azərbaycan Respublikasının yanında olmağa davam edəcək və təlimin məqsədi iki ölkənin quru qoşunları arasında koordinasiyanı inkişaf etdirməkdir".

Hər iki ölkə hərbi əməkdaşlığı genişləndirmək və birgə əməliyyat qabiliyyətlərini artırmaq üçün "Qardaşlıq Briqadası" layihəsinə başlayıb.