Noy 03, 2021 13:31 Asia/Baku
  •  dəniz hərbi təlimləri
    dəniz hərbi təlimləri

Türkiyənin Muğla əyalətində on ölkənin hərbi qüvvəsinin iştirakı ilə «Şərqi Aralıq-2021» hərbi təlimləri başlanıb.

SəhərAzəri-nin məlumatına əsasən,  Türkiyənin dəniz qüvvələri «Şərqi Aralıq-2021» hərbi təlimlərinə komandanlıq edir.

Dünən başlanan hərbi təlimlər noyabrın 12-də başa çatacaq. Təlimlərdə dünyanın on ölkəsindən otuz beş gəmi və beş min qüvvə iştirak edir.

Türkiyə bu təlimlərə özünün F-16 qırıcıları, həmçinin pilotsuzlar, vertolyotlar və hərbi gəmilərini daxil edib.

Hərbi təlimlərdə iştirak edən hərbçilər təbii fəlakətlərə reaksiyanı və humanitar yardımlar üzrə metodları məşq edirlər.

Yayılan məlumatlarda hərbi təlimlərdə iştirak edən ölkələrin adlarına işarə olunmayıb.

 

Teqlər