Noy 11, 2021 17:33 Asia/Baku
  • Ərdoğan
    Ərdoğan

Türkiyə prezidenti İraqın baş nazirinə mesajda onun həyatına qarşı sui-qəsdi pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyıb Ərdoğan bu gün İraqın baş naziri Mustafa Əlkazimiyə mesajda bildirib ki, bu ölkədəki terror hücumları uğursuzluğa məhkumdur.

Rəcəb Tayyıb Ərdoğan sonra vurğulayıb ki, Türkiyə terrorizmlə ardıcıl mübarizədə İraq hökumətinə dəstək verməyi davam etdirməkdə əzmkardır.

Ərdoğanın bu mesajının kənarında qeyd edək ki, Türkiyə terrorizmlə mübarizə bəhanəsilə dəfələrlə İraqın şimalına hücum edib və hələ də İraqın bəzi bölgələrində hərbi iştiraka malikdir.

İraqın media-təhlükəsizlik qrupu bazar günü səhər bir bəyanatda bildirdi ki, bomba yerləşdirilmiş bir PUA ilə Əlkaziminin Bağdadın Yaşıl rayonunda yerləşən iqamətgahına hücumla onun həyatına qarşı sui-qəsd uğursuz qalıbdır.

İraqın prezidenti Bərhəm Salih də bazar günü yaydığı bəyanatda bu ölkənin baş naziri Mustafa Əlkaziminin həyatına sui-qəsdi terror hərəkəti adlandırıb və bu hərəkətin bir təcavüz və cinayət kimi pislənildiyini bildirib.

 

Teqlər