Türkiyədə güclü qasırğa
Dünən Türkiyənin bəzi hissələrində baş verən qasırğa təyyarələrin uçuşunu pozub və İstanbulda tələfata və bədən xəsarətlərinə səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, İstanbulda güclü qasırğa nəticəsində indiyədək Türkiyə vətəndaşlarından dörd nəfər həyatını itirib, on doqquz nəfər də bədən xəsarəti alıb. Zədə alan şəxslərdən üçünün durumu ağırdır.
Qasırğanın şiddəti və pis atmosfer şəraitinə görə, Bosfor boğazı saat on dörd-otuz dəqiqədən bağlanəb.
İstanbul hava limanında bir neçə uçuş baş tutmayıb, bir neçə təyyarənin enişinin qarşısı alınıb.
Türkiyənin bəzi vilayətlərində, o sıradan İzmir, Kocaali və Bursada dəniz sahilləri dalğalı olub və küləyin şiddəti evlərin damlarını uçurubdur.
Türkiyə hidrometeorologiya təşkilatı ölkənin on yeddi vilayəti üçün narıncı xəbərdarlıq verib.
İstanbulda palçıqlar, qasırğanın baş verdiyi ilk saatlarda avtomobillərin hərəkətini problemlə üzləşdirib. Şəhərdə küləyin sürəti saatda təqribən doxsan kilometr olub.