Yeni maliyyə qərarından sonra
Türkiyədə xarici valyutalar dəyər itirməyə başlayıb
Türkiyə hökumətinin yeni maliyyə tədbirləri bu dəfə xarici valyutaların sərbəst ucuzlaşması, Türkiyə lirəsininin isə xarici valyutalar qarşısında yetmiş faiz möhkəmlənməsinə səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən gecə nazirlər kabinetinin iclasından sonra lirənin gücləndirilməsi üzrə yeni tədbirlərin görülməsindən, istehsal və ixracata dəstəkdən və valyuta səbatsızlığının nəticələrinin qarşısının alınmasından xəbər verdi və belə qeyd etdi: Ölkənin iqtisadi dövriyyəsindən kənarda 280 milyard dollar dəyərində «balınc altında qızıl» adlandırılan beş min tona yaxın qızıl mövcuddur və onları cəzb etmək üçün hökumətin iş gündəminə yeni həll yolları daxil edilib.
Şirkətlərin payları üzrə sövdələşmə sahəsində verginin on faiz azaldılması, fərdi təqaüdə təşviqdə hökumətin payının 25 faizdən otuz faizə qaldırılması, mərkəzi bank tərəfindən ixracatçılara lazım olan valyutanın zəmanətli məzənnə ilə təmin edilməsi, xarici valyuta səbatsızlığı ilə müqayisədə lirə əmanətlərinin gəlir gətirməsinin təmin edilməsinə zəmanət,/ investisiya, həmçinin məşğulluq yaradan istehsal obyektləri və sairə üçün ucuzqiymətli kreditlərin təqdim edilməsi, Ərdoğanın elan etdiyi yeni tədbirlərdəndir.
Yuxarıda qeyd edilən tədbirlərin elan olunmasından az sonra dolların qiyməti on səkkiz lirədən on iki lirəyə, avronun qiyməti iyirmi lirədən on dörd lirəyə, iyirmi dörd əyarlı qızılın hər qramı isə min yetmiş lirədən 792 lirəyə enib.
Bu gün səhər Türkiyənin valyutadəyişmə məntəqələrində bir ABŞ dolları on bir tam yüzdə otuz, bir avro on iki tam yüzdə səksən, iyirmi dörd əyarlı qızılın bir qramı isə 649 lirəyə dəyişdirilir.