Türkiyədə qar uçqunu
https://azeri.sahartv.ir/news/türkiyə-i385519-türkiyədə_qar_uçqunu
Türkiyənin şərqində qar uçqunu iki nəfərin ölümünə bais olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2022 17:06 Asia/Baku
  • Türkiyədə qar uçqunu
    Türkiyədə qar uçqunu

Türkiyənin şərqində qar uçqunu iki nəfərin ölümünə bais olub.

SəhərAzəri-nin məlumatına əsasən, Bu təbii hadisə Ərzurum vilayətinin Xorasan rayonunun "Kadi Cəlal" məhəlləsində baş verib.

Bu şəxslərin cəsədləri jandarmların və yardım qüvvələrinin dördsaatlıq səyindən sonra qar altından çıxarılıb.

Güclü qar və çovğun Türkiyənin 63 vilayətində yaşayışı problemlə üzləşdirib.