Türkiyə və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığı olub
Türkiyə və Rusiyanın müdafiə nazirləri Ukrayna böhranını müzakirə ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, dünən Türkiyәnin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon telefon danışığı olub.
Hulusi Akar söhbәt zamanı Rusiya ilə Ukrayna arasında diplomatik həllə nail olmaq üçün təcili atəşkəsin tәmin edilmәsinin əhəmiyyətini və başda Mariupol olmaqla mülki əhalinin quru və dənizdən təhlükəsiz şəkildə təxliyə edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq cəhdləri, o cümlədən iki ölkənin xarici işlər nazirlərinin martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən görüşü Ukraynada bir neçə saatlıq atəşkəsin bərqərarından başqa indiyə kimi heç nə ilə nəticələnməyib.