May 05, 2022 15:23 Asia/Baku
  • Türkiyə
    Türkiyə

Türkiyə 69,97 faizlik inflaysiya qeydə aldırmaqla ötən iyirmi ildə ən yüksək inflyasiya göstəricisinə malik olub.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin iqtisadi vəziyyəti son iki ildə bu ölkənin xalqını çox çətin şəraitdə qoyub. Yüksək inflyasiya bəzi şəhərlərdə insanların daha ucuz çörək almaq üçün növbəyə dayanmalarına bais olub, zira bu ölkədə çörəyin qiyməti təqribən üç dəfə artıbdır.

Həmçinin ev qəbzlərinin ödənişi də bəzi Türkiyə vətəndaşları üçün çətinliklər törədibdir. Belə ki, bu ölkədə müxalifət lideri Kamal Kılıçdaroğlu onların dərdi ilə bölüşmək üçün öz qəbzini ödəməyib və bir həftəni işıqsız keçiribdir.

Türkiyə statistika mərkəzi bildirib ki, bu ölkədə aylıq inflyasiya, apreldə 7.25 faizə çatıb. Həmçinin Türkiyənin illik inflyasiyası da 69.97 faizə çatıbdır ki, bu da ötən iyirmi ildə ən yüksək inflyasiya göstəricisi sayılır.

Bununla belə, inflyasiya üzrə tədqiqat qrupu bu rəqəmləri müvafiq olaraq, aprel ayında 8.69, illik inflyasiya səviyyəsini isə 156.86 faiz elan edibdir.

Türkiyə statistika mərkəzinin məlumatına görə, bu ölkədə ən yüksək inflyasiya səviyyəsi nəqliyyat xərclərilə bağlıdır. Belə ki, ötən bir ildə bu rəqəm, 105.86 faizə çatıbdır.

Qida maddələri və spirtsiz içkilər də keçən bir ildə 89 faizlik qiymət artımına malik olublar.

Türkiyədə ev ləvazimatı da 77.6 faizlik inflyasiyanın şahidi olubdur.

 

Teqlər