May 14, 2022 13:21 Asia/Baku
  • Fransanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

Türkiyənin Parisdəki baş konsulluğuna hücumla əlaqədar Fransanın bu ölkədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

SəhərAzəri-nin məlumatına əsasən, mayın 12-də Türkiyənin Parisdəki Baş Konsulluğuna şəxsiyyəti müəyyən edilməyən şəxslər tərəfindən fişəng tipli partlayıcılarla hücum edilib. Hücum nəticəsində baş konsulluğun binasının pəncərələri və divarları zədələnib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: "Biz Fransadan konkret addımlar gözləyirik. Hücum edən şəxslər aşkar edilməli və cəzalandırılmalıdır". 

Türkiyənin xarici işlər naziri adını açıqlamadan, hücumdan sonra Fransa prezidenti Emmanuel Makronun müşavirinin Türkiyənin Parisdəki səfiri ilə əlaqə saxladığını bildirib. 

Fransanın təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmaya başlayıblar, lakin Türkiyə bu xəbərdən dərhal sonra və istintaqın ilkin nəticələri açıqlanmadan hücuma görə, Kürdüstan Fəhlə Partiyasını günahlandırıb.

Teqlər