Türkiyənin valyuta ehtiyatları azalıb
May 21, 2022 09:12 Asia/Baku
Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində 5 milyard dollar azalıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Türkiyənin Mərkəzi Bankı tərəfindən bildirilib.
Məlumatına əsasən, Ankaranın lirəni dəstəkləmək siyasətlərinin uğursuzluğa düçar olması səbəbindən bu ölkənin valyuta ehtiyatları mayın 13-də başa çatan həftədə təxminən 5 milyard dollar azalıb.
Türkiyənin Mərkəzi Bankının statistikaları bu ölkənin valyuta ehtiyatlarının 4,8 milyard dollar azaldığını göstərir.
Beləliklə Türkiyənin ümumi ehtiyatları son 10 ayın ən aşağı səviyyəsinə - 61,2 milyard dollara çatıb.
Teqlər