İyun 03, 2022 15:44 Asia/Baku
  • Türkiyədə may ayında illik inflyasiya 73,5 faizə qalxıb

Türkiyənin Statistika İnstitutu məlumat yayaraq bildirib ki, may ayında illik inflyasiya 73,5%-ə qalxıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu rəqəm aprel ayında 69,97% olub və yalnız bir ay ərzində istehlak qiymətləri 2,98% artıb.

Bu arada Türkiyə Mərkəzi bankı ilin sonu üçün inflyasiya proqnozunu 46,44%-dən 57,92%-ə qaldırıb, uçot dərəcəsi isə 14%-də qalıb. Bu, inkişaf etməkdə olan ölkələr arasında ən yüksək səviyyələrdən biridir.

Maraqlıdır ki, ölkı başçısı Rəcəb Təyyib Ərdoğan yüksək faiz dərəcələrini hakimiyyət orqanlarına inflyasiyanın effektiv şəkildə azaldılmasına və lirənin ucuzlaşmasının dayandırılmasına mane olan ciddi problem kimi görür.

O, dəfələrlə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqdan imtina etdiyinə görə tənqid edib, baxmayaraq ki, bank bu rəqəmin istehlak qiymətlərinin artmasının və milli valyutanın ucuzlaşmasının əsas səbəbi olmadığını izah edib. Bu baxımdan, Mərkəzi Bank uçot dərəcəsini azaltmağa son dərəcə istəksiz yanaşır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücum etməsinə görə, əmtəə malları və enerji daşıyıcılarının qiymətlərinin qalxması və milli pul vahidi-lirənin dəyər itirməsi Türkiyədəki inflyasiyanı şiddətləndirib və bu ölkə üçün durumu daha da pisləşdiribdir.

 

Teqlər