Türkiyədə təhlükəli rəqəmsal valyuta bazarı
https://azeri.sahartv.ir/news/türkiyə-i389781-türkiyədə_təhlükəli_rəqəmsal_valyuta_bazarı
Türkiyədən daxil olan məlumatlara görə, bu ölkədə daha bir kriptovalyuta mübadiləsi şirkəti investorların əlçatanlığından çıxıbdır.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 05, 2022 13:39 Asia/Baku
  • Türkiyədə təhlükəli rəqəmsal valyuta bazarı
    Türkiyədə təhlükəli rəqəmsal valyuta bazarı

Türkiyədən daxil olan məlumatlara görə, bu ölkədə daha bir kriptovalyuta mübadiləsi şirkəti investorların əlçatanlığından çıxıbdır.

Rəqəmsal valyuta üzrə peşəkar dələduz- Faruk Fatih. “Tudeks” kriptovalyuta şirkətinin təsisçisi. Bir il öncə 700 min Türkiyə vətəndaşının sərmayəsi olan iki milyard dollarla ölkədən qaçdı.

“Tudeks”in korrupsiyasından zərərçəkənlər hələ öz həyatlarının sərmayələrinin itirilməsi şokundan çıxmamış, digər bir kriptovalyuta mübadiləsi mərkəzi sərmayə sahiblərinin əlçatanlığından çıxıbdır.

- Bütün sərmayəmi kriptovalyutaya çevirmişdim. Bir göz qırpımında hamısını itirdim. İzinə düşmək üçün heç bir ipucum da yoxdur.

Hazırda “Biteks Nova” şirkətinin on beş min investorunun öz 250 milyon dollarlıq elektron puluna əlçatanlığı yoxdur.

İqtisadçılar kriptovalyutada investisiya yolunu olduqca təhlükəli elan ediblər.

- Lirənin dəyərinin azalmasına və inflyasiyaya görə, vətəndaşlar iqtisadi dəyişkənlik qarşısında öz aktivlərinin dəyərini qorumaq üçün, yetərincə informasiyaya malik olmadan, rəqəmsal valyutalar bazarına üz tutublar, amma nəzarət qanunlarının olmaması, xalqın/ dələduzluğun və öz bütün aktivlərini itirməsinin şahidi olmasına bais olub.

Son zamanlar Türkiyə prokuroru “Tudeks” kriptovalyuta şirkətinin dələduzları üçün 40 min ildən çox həbs cəzası tələb edib. Amma zahiri görüntüsü olmayan sərmayəni geri almaq üçün/ bir neçə milyard dollarlıq zərərçəkənlərin əlləri havada qalıbdır.

Təkcə ötən bir ayda beynəlxalq kriptovalyuta bazarında bir trilyon dollardan çox aktiv yoxa çıxıbdır.