İyul 29, 2022 12:00 Asia/Baku
  • Türkiyə
    Türkiyə

Türkiyə təhlükəsizlik qüvvələri Muğla vilayətinin Fəthiyə rayonunda üç ayrı-ayrı avtobusda olan daha yetmiş qeyri-qanuni miqrantı müəyyən və həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Qeyri-qanuni mühacirətlə mübarizə çərçivəsində ötən gün 160 xarici vətəndaş həbs və öz ölkəsinə ekstradisiya olunub.

Türkiyə iqtisadi böhranla üzləşir və bu ölkənin hökuməti indiyədək bu böhranın aradan qaldırılmasında aciz qalıbdır.

Türkiyə başçıları avropalılara, pul almaq müqabilində üç milyondan çox miqrantı bu ölkədə məskunlaşdırmağa və onların Avropa sərhədlərinə daxil olmalarını əngəlləməyə söz veriblər. Amma deyəsən, bu vəziyyətin davam etməsi iqtisadi cəhətdən Ankara üçün sərfəli deyildir.

 

Teqlər