Avq 18, 2022 14:11 Asia/Baku
  • 2-ci “S-400” partiyasının Türkiyəyə göndərilməsi üzrə razılaşma icra olunmağa başlayıb

Rusiyanın yüksək rütbəli müdafiə rəsmilərindən biri S-400 hava hücumundan müdafiə sisteminin ikinci partiyasının Türkiyəyə göndərilməsi ilə bağlı razılaşmanın icra olunmağa başlandığını təsdiqləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə altı milyard dollara başa gələn qırx ədəd "Lokhid Martin Blok 70/ F-16" tipli döyüş təyyarəsi almaq istəyir.

Bu ölkə həmçinin özünün hazırkı F-16 qırıcılarını yeni raket, radar və elektron avadanlıqları ilə təchiz edib, modernləşdirmək məqsədilə ayrıca 400 milyon dollarlıq hərbi vəsait almaq ardıncadır.

ABŞ-ın Nyu Cersi ştatından olan senatın xarici əlaqələr komitəsinin demokrat sədri Bob Menendes təhdidlə bildiribdir ki, əgər Türkiyə S-400-ləri almağa davam edərsə, Bayden hökuməti F-16-ların Türkiyəyə satmasına icazə verməyəcək.

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev TASS xəbər agentliyinə bildiribdir ki, Türkiyə ilə yeni razılaşma bu sistemin bəzi hissələrinin Türkiyədə düzəldilməsinə imkan verir.

Digər tərəfdən, türkiyəli mənbələr də xəbər veriblər ki, ehtimal üzrə S-400 sisteminin bəzi hissələrinin Türkiyənin daxilində istehsalı ilə bağlı Rusiya ilə razılaşma əldə olunacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays müxbirlərlə müsahibəsində Moskva ilə Ankara arasında S-400 ilə bağlı yeni əməkdaşlıq barədə xəbərdarlıq edib və deyib: Gözləyib görməliyik ki, nə baş verəcək, amma bu haqda hər hansı bir dəyişiklikdən xəbərimiz yoxdur.

Türkiyənin Qərblə Rusiya arasında müvazinət yaratmq üzrə mürəkkəb hərəkəti Ukrayna müharibəsindən bəri şiddətlənib və iyunun sonlarında Türkiyə ilə Amerika arasında münasibətlərin səmimiləşməsinin ən böyük nişanəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya qoşulmalarına qarşı müxalifətini kənara qoyduğu zaman baş verdi.

 

Teqlər