Avq 23, 2022 12:19 Asia/Baku
  • Siyasətçilər Ərdoğan hökumtini tənqid edirlər

Türkiyə ilə İsrail arasında 10 ildən artıqdır davam edən gərgin münasibətlərin yeni yaxınlaşma sürəti qazanmasından sonra Türkiyədəki siyasətçilərdən bu addıma sərt reaksiyalar gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, bu günlərdə diplomatik münasibətləri bərpa etməyə hazırlaşan Ankara və Təl-Əviv rejimi səfir təyin etmək üçün qarşılıqlı qərar qəbul etdiklərini açıqlayıblar. Qəbul edilən qərardan sonra Türkiyə-İsrail münasibətlərinin “normallaşma” addımlarına Türkiyədə siyasətçilərdən sərt reaksiyalar gəlib.

Türkiyənin Müxalifət Partiyası CHP-nin sədr müavini Vəli Ağbaba sosial media hesabından verdiyi açıqlamada Türkiyə-İsrail münasibətlərində normallaşma prosesinə çox sərt reaksiya verib. AKP-nin Fələstin davasını satacağının əvvəldən bəlli olduğu ifadəsini işlədib.

Rifah Partiyasının başqanı Fatih Ərbakan da Kahramanmaraşda qatıldığı konqresdə Türkiyə ilə İsrail arasında normallaşma prosesi ilə bağlı hökumətə reaksiya verib. Ərbakan sözlərində “Elə vəziyyətdədirlər ki, bir vaxtlar Bir dəqiqəni seçki materialı nümayiş etdirənlər, demədən soyqırımını davam etdirən terrorçu İsrailə səfir və konsul təyin etmək həddinə gəliblər. İsrail, uşaqları necə öldürməyi çox yaxşı bilir.

Bu günlərdə İsrail rejiminin baş naziri Yair Lapid sosial şəbəkə hesabında paylaşdığı paylaşımda “Prezident Ərdoğanla görüşümdən sonra İsrail və Türkiyə xalqlarımız arasında bütün diplomatik əlaqələri, o cümlədən səfirlərin geri qayıdaraq bərpa etmək qərarına gəldik. Bu, təkcə ikitərəfli münasibətlərimizin dərinləşməsinə deyil, həm də regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək" -  deyə o bildirib. Eyni zamanda, İsrail rejiminin fələstinlilərə qarşı qətl və repressiyalarını artırdığı son dövrlərdə Türkiyə hökumətinin sionist işğalçı rejimlə yaxınlaşması dünya müsəlmanları, xüsusilə də Türkiyə xalqı tərəfindən pislənməkdə davam edir.

Teqlər