Sen 01, 2022 11:02 Asia/Baku
  • Türkiyədə enerji qiyməti 20-50 faiz artıb

Türkiyədə elektirik və təbii qazın qiyməti artırılıb.

SəhərAzəri-nin məlumatına əsasən,, yaşayış məntəqələrində istifadə edilən təbii qazın vahid qiyməti 20,4 faiz, sənayedə istifadə olunan qazın vahid qiyməti 50,8 faiz artıb.

Qazın qiymətinin artması ilə paralel olaraq elektrik enerjisinin qeiyməti də artıb belə ki, elektrik enerjisində tarifi 20 faiz, sənaye və kommersiya abonentlərinin tarifi isə 50 faiz artırılıb. Yeni tariflər bu gündən qüvvəyə minib.

Türkiyədə biri-birinin ardınca baş verən devalvasiyalar ölkədə misli az görünmüş bahalaşmaya səbəb olub və nəticə etibarı ilə əhalinin alıcılıq qabiliyyətinə böyük miqdarda mənfi təsir edib.

Teqlər