Sen 06, 2022 11:24 Asia/Baku
  • Türkiyə iqtisadiyyatı
    Türkiyə iqtisadiyyatı

İqtisadçı ekspertlərin Ərdoğan hökumətinin ən böyük müxalifət partiyasının liderinə verdiyi hesabata görə, Türkiyə iqtisadiyyatı iflasın bir addımlığındadır

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin hazırkı hökumətinin ən böyük müxalifət partıyası olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının rəsmiləri və iqtisadçı ekspertləri bir hesabatda ölkə iqtisadiyyatının iflasa bir addım qaldığını bəyan ediblər.

Bu hesabat, Türkiyə Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğluna verilib və ona əsasən, 2023-cü ilin iyununda Türkiyədə prezident və parlament seçkiləri keçirildikdən sonra Türkiyə hökumətinin borclarını ödəməkdəki çətinlikləri özünü göstərəcək.

Bu hesabatda, Türkiyənin borclarını ödəməyi dayandırması və ödəyə bilməyəcəyi ehtimalının çox yüksək olduğu iddia edilir.

Hesabatda o da bildirilir ki, Türkiyənin indiki hökumətinin geridə qoyacağı qarışıqlıq səbəbindən növbəti hökumət iqtisadi siyasətlərdə uğursuzluq riski ilə üzləşəcək.

Teqlər